Hüseyn Cavid yaradıcılığı ABŞ-ın Amherst Massaçusets Universitetində tədqiq olunur. Universitetin professoru Audrey L.Altstadt H.Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki məşğul olur. Onun beynəlxalq “Journal of Language and Literature”-nin (Dil və Ədəbiyyat jurnalı) 2014-cü ilin fevralında çapdan çıxan 5-ci cildinin 1-ci sayında “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” adlı məqaləsi də çap olunub.