Anar Ələkbərovun “Heydər Əliyev Fondunun timsalında Azərbaycanda fond siyasəti” monoqrafiyası “Ozan” nəşriyyatında işıq üzü görüb. Monoqrafiya AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Ekspert Şurasının tövsiyəsi ilə çap olunub. Monoqrafiyanın “Xeyriyyə təşkilatları. Fondlar” bölməsində fondların növləri və fəaliyyət istiqamətləri, xeyriyyəçilər və filantroplar, dünya ölkələrinin təcrübəsi, qeyri-hökumət təşkilatlarının ictimai-siyasi həyatda rolu, “Azərbaycan dövlətçiliyi və fond siyasəti” bölməsində Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranma tarixi, müstəqillik illərində Azərbaycanda qeyri-hökumət təşkilatları, “Heydər Əliyev Fondu və beynəlxalq xeyriyyəçilik” bölməsində isə Heydər Əliyev Fondunun yaranma tarixi, Heydər Əliyev Fondunun ictimai-siyasi həyatda rolu haqqında materiallar toplanıb.