İstanbulda “Heydər Əliyev: Azərbaycan dövlətinin qurucusu və qüruru” kitabının təqdimatı olub. Kitab ölkəmizin bu şəhərdəki Baş konsulluğu, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə çap olunub.
Təqdimat mərasimində çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı ulu öndərimizin zəngin və şərəfli həyat yolundan ətraflı bəhs edib. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver və Türkiyənin keçmiş enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının sevdiyi və yüksək ehtiramla andığı bir lider olduğunu bildirib.
Sonda ulu öndər Heydər Əliyevə həsr edilən ən yaxşı yazıların müəllifi olan tələbələrə mükafatlar təqdim edilib.