İqtisadi İnkişaf Nazirliyi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar KİV nümayəndələri arasında “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsi elan edib.
SalamNews xəbər verir ki, təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində üummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün gördüyü mühüm işlər yazılmalıdır.
Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər. Təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan dilində olmalıdır.
Məqalənin sonunda və ya televiziya və radio süjetlərdə “İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” sözlərindən ibarət titr göstərilməlidir.
Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-lərdə yerləşdirilmiş məqalənin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə bu il aprelin 20-dək İqtisadi İnkişaf Nazirliyinə elektron forması isə ” [email protected]” poçt ünvanına göndərilməlidir.