Məlumdur ki, ictimaiyyət hər bir təşkilatın fəaliyyəti barədə indormasiyanı məhz medianın köməyilə ala bilir. KİV-lər isə daim görülən işlər, həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə məlumat, xəbər axtarışındadır. Bu zaman IV hakimiyyət funksiyasını yerinə yetirən mətbuat əldə edə bildiyi xəbərləri ictimaiyyətin diqqətinə çatdırmaqla vasitəçi rolunu oynayır. Amma xəbər axtarışında olan jurnaistlər bəzən maneələrlə üzləşir, hansısa sədləri keçməli olurlar. Bir sıra hallarda jurnalistlərə problem yaradanlar sırasında dövlət qurumlarının mətbuatla əlaqələndirici şəxləri, mətbuat katibləri və ya əməkdaşları olurlar.
Belə hallarda mətbuat xidmətərinin rəhbərləri öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni lazımi səviyyədə ya bilərəkdən yerinə yetirmək istəmirlər, ya da işləməyi bacarmırlar. Halbuki, mətbuat xidmətlərinin əməkdaşları işlərinə daha tələbkar və məsuliyyətli yanaşmaqla, eləcə də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqla təmsil etdikləri dövlət orqanlarının müsbət imicini formalaşdıra bilərlər.
Mətbuat xidmətlərinin işi mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onları lazımi şəxslərlə əlaqələndirmək olduğu halda, bəzən bur qurum rəhbərlərinin jurnalistlərlə ünsiyyəti heç cür alınmır. Bir sıra hallarda mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları yerlərində tapılmır, jurnalistlərin telefon zənglərinə cavab vermir, suallarını dinləyərkən onları başdan edir, sualları yazılı istəyir, süründürməçiliyə yol verir, ya da jurnalistlər arasında ayrı-seçkilik qoyurlar.
Modern.az media nümayəndələrinə yaxın bir sayt olaraq dövlət orqanlarının mətbuat xidmətlərinin işi ilə bağlı sorğuya start verir. Sorğumuzda öncə 15 dövlət orqanın mətbuat xidmətlərinin ictimaiyyətlə əlaqəyə cavabdeh olan əməkdaşlarının adlarını qeyd edir, sizdən onların işinə qiymət vermənizi xahiş edirik. Növbəti sorğumuzda daha 15 qurumun əmədaşının adı qeyd olunacaq.
Beləliklə, “Aşağıdakı hansı mətbuat katiblərinin işi sizi qane etmir” sualını cavablandırmağa dəvət edirik. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki “Sorğular” bölməsində qeyd olunan cavablardan biri və ya bir neçəsini seçmək olar.
1. Nazirlər Kabineti – Akif Əli
2. Fövqəladə Hallar Nazirliyi – Tural Müseyibov
3. Daxili İşlər Nazirliyi – Ehsan Zahidov
4. Milli Təhlükəsizlik Nazirliyi – Arif Babayev
5. Ədliyyə Nazirliyi – Aydın Ağazadə
6. Milli Məclis – Akif Təvəkküloğlu
7. Vergilər Nazirliyi – Mehdi Mərsəlimov
8. İqtisadi İnkişaf Nazirliyi – Abbas Əliyev
9. Təhsil Nazirliyi – Bayram Hüseynzadə
10. Səhiyyə Nazirliyi – Anar Qədirli
11. Dövlət Neft Şirkəti – Nizaməddin Quliyev
12. Müdafiə Nazirliyi – Eldar Sabiroğlu
13. Dövlət Gömrük Komitəsi – Natiq Axundov
14. Respublika Prokurorluğu – Eldar Sultanov
15. Nəqliyyat Nazirliyi – Namiq Həsənov
Modern.az