“Hər bir vəzifəli şəxs qanunvericiliyə uyğun olaraq öz fəaliyyəti ilə bağlı jurnalistləri maraqlandıran suallara cavab verməlidir.” – See more at:
Onun sözlərinə görə, əgər həmin şəxs cavab vermir, kobudluq edir və ya güc tədbiq edirsə, bununla bağlı qanunvericilikdə də birmənalı qaydada açıq-aydın maddələr verilib. Hətta həmin şəxs bir müddətə azadlıqdan məhrum oluna da bilər: “Mənə elə gəlir ki, belə olan məqamda da jurnalist sakit dayanmamalıdır. İlk olaraq verdiyi sualın mənasını dəqiq bilməli, mövzu ilə bağlı geniş bilgiyə malik olmalı və əgər doğurdan da o müsahibindən hər hansı qanunsuzluq görürsə, bununla bağlı Mətbuat Şurasına və ya müvafiq orqanlara müraciət edilməlidir.”
Jurnalistlərə mənzillərin verilməsi məsələsindən sonra asılılığın yarana biləcəyi fikirlərinə də münasibət bildirən Ə.Amaşov bildirib ki, mənzillərin verilməsi ideyası MŞ tərəfindən irəli sürülüb. Prezident İlham Əliyevlə görüşdə bu məsələ müzakirə olunub və müvafiq sərəncam verilib. Jurnalistlərə evlərin tikilməsi üçün 5 milyon manat ayrılıb. Bu jurnalistika sahəsində yenilikdir. Dünyanın heç bir yerində heç bir qurum jurnalistlər üçün belə bir addım atmayıb.
Jurnalistlərin ev ilə təminatından sonra asılılığı məsələsinə gəlincə, bu insanın fərdi keyfiyyətlərindən asılıdır. Əgər bu insan fikrən dəyişkəndisə, bu insan hər yanda belə olacaq. Ancaq mənə elə gəlir ki, özünə hörmət edən, mətbuat azadlığının cəmiyyətdə rolunu anlayan insan fikrindən daşınmaz.”
– See more at: http://az.salamnews.org/az/news/read/76229/her-bir-vezifeli-shexs-fealiyyeti-ile-bagli-suallara-cavab-vermelidir–msh-sedri/#sthash.Xio0OnFl.dpuf