Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 12-13-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcək. Bu barədə Trend “Qruziya-Onlayn”a istinadən məlumat verir.
İ.Qaribaşvili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Batumidə yeni ofisinin açılışında bəyan edib ki, Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır: “Bu, Acarıstan üçün vacib investisiyadır. SOCAR prezidenti Rövnəq Abdullayevə təşəkkür etmək istəyirəm. Yeni ofisin açılışı münasibətilə Acarıstan hökumətini də təbrik edirəm. Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır və biz bu investisiyaları alqışlayırıq”.