Azərbaycanın böyük ziyalısı, tanınmış şair Musa Yaqubun ailəsinə ağır itki üz verib.
Şairin ömür-gün yoldaşı Zöhrə xanım uzun sürən ağır xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Zöhrə xanım doğma İsmayıllı rayonunun Buynuz kəndində torpağa tapşırılıb.
SAMF kollektivi Musa müəllimin və onun ailə üzvlərinin kədərinə şərik olur, uca tanrıdan Zöhrə xanıma rəhmət diləyirlər.
Qəbri nurla dolsun!