“Google Earth” proqramı sayəsində bir meteroidin Yer kürəsinə düşməsi zamanı əmələ gəlmiş böyük krater aşkarlanıb. Türkiyənin “Milliyət” qəzetinin “Gazeteport”a istinadən verdiyi məlumatda bildirilir ki, krater 45 metr ərazini əhatə edir, dərinliyi isə 16 metrə çatır. Krater Misir, Liviya və Sudan sərhəddində yerləşir. Onu ilk dəfə 2008-ci ildə Viçenzo De Mişel internetdə görüb