Milli İrsi Mədəni -Tarixi Araşdırmalar Fondunun nəşri olan “Füyuzat” jurnalının 2013-cü ildə 4-cü nömrəsi çapdan çıxıb.
SalamNews xəbər verir ki, jurnalın yeni nömrəsi baş redaktor, professor Teymur Əhmədovun AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illiyinə həsr olunmuş məqaləsi ilə başlayır. Məqalədə Şərq dünyasında ilk ədəbiyyatşünaslıq məbədi olan institutun kəşməkəşli və şərəfli fəaliyyət yolu geniş təsvir edilir.
Müasir “Füyuzat” nəşri milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Mütəxəssislərin rəyinə görə, jurnalın “Ədəbi irsimiz”, “Füyuzatçılar”, “Miniatürlər”, “Mətbuat tariximiz”, “Vətən həsrəti”, “Yeni nəsil”, “Nəsihətlər”, “Publisistika tariximizdən”, “Söz yaddaşımız”, “Dəyərlərin izində” rubrikalarında yer almış məqalələr onun Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906 – 1907-ci illərdə nəşr olunmuş “Füyuzat”ın layiqli varisi olduğunu təsdiqləyir
– See more at: http://salamnews.org/az/news/read/107392#sthash.o5QIU7Nb.dpuf