Məhkəmənin qərarına görə, Payman Daily qəzetində dərc olunan məqalə küfrdir və istər müsəlman, istərsə də başqa dinlərin tərəfdarlarının hisslərinə toxunur. Adı çəkilməyən jurnalist barədə artıq istintaq başlanıb və Əfqanıstan qanunlarına görə onu töhmətdən edama qədər cəza gözləyir.
Bir qədər sonra nəşr sözügedən materialın dərcinə görə üzr istəyib. Payman Daily qəzetinin keçmiş şef-redaktoru Rəzzaq Mamun AFP agentliyinə müsahibəsində məqalənin Əfqanıstanın İnternet saytlarının birindən götürüldüyünü, müəllifin isə qəzetin ştatdankənar jurnalisti olduğunu deyib.
Lenta.ru