«Novosti-Azərbaycan» agentliyinin məlumatına görə, səsvermə yolu ilə MŞ-ın İdarə Heyəti və nəzarət-təftiş komissiyası formalaşdırılıb.
Mətbuat Şurasının İdarə Heyətinə Əflatun Amaşov, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı, «Turan» informasiya agentliyinin rəhbəri Mehman Əliyev və başqaları seçilib.
Qurultayın qətnaməsində jurnalistlərin sosial hüquqları, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinin zəruriliyi bildirilir. Bundan əlavə, KİV nümayəndələri üçün yaşayış evlərinə dair torpaq sahələrinin ayrılması haqqında qərarın həyata keçməsi məqsədilə qurultay ölkə rəhbərliyinə lazımi şəraitin yaradılması xahişilə müraciət etmək niyyətindədir.
Mənbə: day.az