Əflatun Amaşov Türkiyənin media nümayəndəsi ilə görüşüb

Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq təmaslarının qurulmasında Türkiyə Mətbuat Şurası ilə münasibətlər mühüm rol oynayıb. Şura sədri qonağa başçılıq etdiyi təşkilatın hazırki fəaliyyət istiqamətləri ilə bağlı da ətraflı məlumat verib.

T.Atabarut son illər Azərbaycanın və Türkiyənin media qurumları arasında əlaqələrin artdığını deyib. Buu hər iki ölkənin ortaq maraqlarının ifadəsi baxımından faydalı tendensiya kimi dəyərləndirən qonaq mövcud istiqamətdəki fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini önə çəkib.

Görüşdə Azərbaycan Mətbuat Şurasının və Türkiyə Mətbuat Şurasının medianın özünütənzimlənməsi sahəsindəki təcrübə mübadiləsinin dərinləşdirilməsi yolları müzakirə olunub.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO