Fikrət Məmmədov Naftalan şəhərində vətəndaşlarla görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Naftalan şəhərində vətəndaşlar ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, görüşdə Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, Goranboy, Tərtər və digər rayonlarda yaşayan vətəndaşlar, Xocalı şəhərindən olan məcburi köçkünlər iştirak edib. Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

– See more at: http://salamnews.org/az/news/read/113728#sthash.FGhmbXwI.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO