Onun sözlərinə əsasən, E.Fətullayevin səhhəti normaldır, saxlanma şəraiti və həbsxana rəhbərliyinin münasibətindən də şikayət etmir. Lakin həbsxanada rəsmi nəşrlərdən fərqli olaraq, müxalifət qəzetlərinin oxunuşuna icazə verilmir. Jurnalistin atası «Başa düşmürəm ki, əlində avtomatla küçəyə çıxmayan, kimsəni ölümlə hədələməyən oğlum necə terrorçuluqda ittiham oluna bilər?», – deyə sual verir. Onun sözlərinə görə, E.Fətullayev atasından ingilis dilində kitabların gətirilməsini istəyib.
Mənbə: day.az