“Etika və gender: redaksiyada bərabərlik “

İyunun 2-də Brüsseldə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) YUNESKO ilə birlikdə keçirdiyi “Etika və gender: redaksiyada bərabərlik” mövzusunda ikigünlük konfrans başa çatıb.

Konfransda 35 ölkədən medianı təmsil edən 60 nümayəndə iştirak edib.

Konfransın açılışında çıxış edən BJF-nın Baş katibi Aydan Uayt və BJF-nın prezidenti Cim Bumela beynəlxalq jurnalist təşkilatları tərəfindən qəbul edilən bərabərlik haqqında sənədlərə baxmayaraq, hələ də qadın jurnalistlərin açıq-aşkar diskriminasiyaya məruz qalmasından, onların ilk olaraq iqtisadi böhrana məruz qalmasından və yerli jurnalist təşkilatlarından dəstək ala bilməmələrindən narahatlıq keçirdiklərini dilə gətiriblər. “Qeyri-bərabərlik olan yerdə əsl etik və keyfiyyətli jurnalistikadan söhbət gedə bilməz” – deyə Uayt bildirib. YUNESKO-nun KİV sahəsindəki proqramlarının koordinatoru Alton Qrizli bu problemin həlli üçün beynəlxalq ictimaiyyətin məsələyə kompleks yanaşmalı olduğunu qeyd edib.

Müzakirələrdə Afrika, Avropa, Latın Amerikası, Asiya, və Kanadanın jurnalist təşkilatlarının nümayəndələri də iştirak edib.

www.ruj.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO