«Vesti dnya» qəzeti baş redaktorunun müavini Tatyana Merkulovanın sözlərinə görə, axtarış qəzet sahibinin nümayəndəsinin müşayiəti ilə üç nəfər tərəfindən aparılıb. Jurnalistlərdən heç biri sorğuya alınmayıb. DELFİ xüsusi xidmət orqanı əməkdaşlarının «kompüterlərdə nəsə axtardıqlarını» xəbər verir. Təxminən bir saatdan sonra onlar ofisi tərk ediblər. Bir qədər sonra isə prokurorluq nümayəndəsi axtarışın Tallin administrasiyasında rüşvətxorluq haqqında cinayət işi ilə bağlı aparıldığını söyləyib. Yeri gəlmişkən, «İnterfaks» agentliyi sözügedən cinayət işi ilə bağlı fevralın 26-da həbs olunan Tallin şəhər məclisinin deputatı Elmar Sappın «Vesti dnya» qəzetini maliyyələşdirən fondun üzvü olduğunu bildirir.
lenta.ru