Erməni vəhşiliklərindən bəhs edən kitab sərgisi

Türkiyənin Bursa şəhərində keçirilən “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri” adlı simpozium çərçivəsində Azərbaycanlı millət vəkili Qənirə Paşayeva kitab sərgisi təşkil edib.
Sərgidə millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, eləcə də ayrı-ayrı qurumlar tərəfindən müxtəlif dillərdə Qarabağ problemi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımlardan bəhs edən 50-dən artıq kitab nümayiş etdirilib. Qeyd edək ki, sərgi simpozium iştirakçıları tərəfindən izlənilib.
Türkiyə dövlət naziri Faruk Çelik də erməni vəhşiliklərindən bəhs edən kitablarla tanış olub. Qənirə Paşayeva nazirə Heydər Əliyev Fondu tərəfindən çap etdirilmiş kitab bağışlayıb. Sərgi başa çatdıqdan sonra kitablar simpozium iştirakçılarına paylanılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO