Erməni jurnalistin ölümü Türkiyənin hüquq sisteminin başağrısına çevrilib

Türkiyə Hakimlər və Prokurorlar Ali Şurası (HSYK) erməni jurnalist Hrant Dinklə bağlı prosesə baxan 14 saylı ağır cinayətlərə dair məhkəmənin sədri Rüstəm Eryılmazla respublika prokuroru Hikmət Usta barəsində araşdırma aparmaq üçün müfəttiş göndərilməsini qərarlaşdırıb. Bu barədə məlumatı HSYK-nın sədr müavini Neslihan Ekinci yayıb.

Ekinci hakim və prokuror barəsində mətbuatda, “Dink məhkəməsinin hakimi: Terorçu qrup yoxdur deyə bilmərəm…”, “O hakim danışdı”, “Prokuror: Terorçu qrup üçün kifayət qədər dəlil var”, “Prokuror: Teror qrupu da var, kifayət qədər dəlil də. Amma məhkəmə bunları araşdırmadı”, “Dink məhkəməsində qalmaqal”, “Belə unutqanlıq” və s. bu kimi başlıqlarla yazılmış xəbərlərin dəlil qəbul edilərək araşdırma başladıldığını deyib.

“Araşdırmalar nəticəsində İstanbul 14 saylı ağır cinayətlərə dair məhkəmənin sədri Rüstəm Eryılmaz və respublika prokuroru Hikmət Usta barəsində məlumat kimi qəbul edilən yazılar səbəbilə araşdırma aparmaq üzrə müfəttiş göndərilməsi təklifi ilə qurumun sədrinə müraciət edilməsinə qərar verilib”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO