Moldovanın Dnestryanı ərazisində yerli separatçılar erməni mənşəli jurnalist Ernest Vardanyanı həbs edib.
APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, aprelin 7-də saxlanılan E.Vardanyan vətənə xəyanət və Moldovaya casusluqda ittiham olunur. Jurnalisti 12 ildən 20 ilə qədər həbs cəzası gözləyir.
Rusiyanın “Novıy region” informasiya agentliyinin ştatdankənar icmalçısı olan E.Vardanyanın evində axtarış aparılıb və bloknotlardan kompüterə qədər informasiya daşıyıcısı olan hər şey müsadirə edilib. Üç günlük saxlanma müddəti bitdikdən sonra məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Moldova hakimiyyəti jurnalistin müdafiəsinə qalxıb və ATƏT-ə müraciət edərək, E.Vardanyanın azadlığa buraxılmasına nail olunmasını xahiş edib.