Ermənilər divanə lobbiçi alıblar

Elmira Tarıverdiyeva
Safehliyin gücü bir cümlədə işlədilən səfeh iddiaların sayı ilə ölçülür. Cənab German Sterliqov bekara həyatı boyu dəfələrlə sarsaqlığının səviyyəsini sübut edib. Başıbəlalı 90-cı illərdə “Alisa” birjasının təsisçisi G.Sterliqov rus xalqını vicdansızcasına qarət edən şəxslərdən biri idi. Sonradan ailəsi ilə birgə ucqar kəndə gedib təsərrüfatı ilə məşğul olmağa başladı. İndi isə Dağlıq Qarabağda ermənilərin hüquqlarını müdafiə edir.
Azərbaycan sərhəddini qeyri-qanuni keçdiyinə görə, beynəlxalq axtarışda olan G.Sterliqov “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində “Qarabağdan məktub” dərc edib. Məktub azərbaycanlılara ünvanlanıb. O, məktubda xüsusilə, “Qarabağ Azərbaycanın tarixi torpağıdır” mühakiməsinin qanunsuz olmasına işarə edir.
Qarabağ sözünün mənşəyinə varmadan – bu, Azərbaycan dilindən tərcümədə “qara bağ” deməkdir və erməni dilində bu ifadənin heç bir mənası yoxdur – G.Sterliqov sovet tarixçiləri və yazıçılarının satqın olmasından şikayətlənir. Uzun illər kəndindən çölə çıxmayan, qəzet oxumayan, interneti olmayan, uşaqlarını məktəbə qoymayan G.Sterliqovun birdən tarixçi olmaq qərarına gəlməsi hələ də qaranlıq qalır. Lakin Dağlıq Qarabağın Ermənistan torpağı olduğunu iddia etdiyi qətilik bəzi fikirlər yaradır.
Lobbiçilik məlum məsələdir. Ancaq görünür, pul qazanmaq qərarına gələn tərkidünya G.Sterliqovun xoşagəlməz fiquru baxımından, Ermənistan tərəfinin onun loyallığını almaq istəyi təəssüf və istehzaya səbəb olur. Deyəsən, ermənilərin pulu yalnız çoxdan bağlanmış üçüncü dərəcəli Rusiya tok-şoularının keçmiş iştirakçısı, yarıdivanə rus axmaq vasitəsilə öz ideyalarını yaymağa çatıb.
Fikirlərini və cümlələrini qarışıq salan G.Sterliqov məktubunda birdən qəribə bir şey təklif edir: “Qoy bu dəyirmi masa ruslar, ermənilər və azərbaycanlılar arasında xalq diplomatiyasının gözlə görünən addımı olsun. Qoy xalqlarımızı dalaşdıran təxribatçı tarixçilər gücsüz qəzəblərindən partlasınlar”.
Ya G.Sterliqovun xəstə təxəyyülündə Rusiya buranın rus torpağı olduğuna iddia edərək Qarabağ mübahisəsində fəal iştirak edir, ya da onun özü erməni olub. Söhbətin hansı “xalqlarımızdan” getdiyini yalnız təxmin etmək olar. Bununla belə… həyasız şübhəli mülahizələrdən başqa bütün ömrü boyu normal bir iş görməyən insanın sayıqlamalarına vaxt itirmək nəyə lazımdır? Divanəni Allaha tapşırıram. Ona rəhminiz gəlsin.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO