Erməni qəzetində işləyən azərbaycanlı müxbirin Modern.az-a müsahibəsi Türkiyədə QALMAQALA səbəb oldu

Türkiyədə nəşr olunan erməni qəzeti “Agos”un azərbaycanlı müxbiri Arzu QeybullayevanınModern.az saytına verdiyi müsahibə qalmaqal yaradıb. Modern.az xəbər verir ki, bu barədə sözügedən qəzetin saytında məqalə dərc edilib. 

“Agos-un azerbaycanlı muhabirine saldırı” adlı yazıda (Качественно отымел девку на кровати http://www.agos.com.tr/agosun-azerbaycanli-muhabirine-saldiri-6911.html ) iddia edilir ki, guya sözügedən müsahibədə millətçi suallar səsləndirilib və “Agos” haqqında düşmən obrazı yaradılıb. Müsahibənin birmənalı qarşılanmamasına görə müxbirinin müdafiəsinə qalxmağa çalışan erməni jurnalistlər yenə də özlərinin çirkin kampaniyasını davam etdiriblər.

Qeyd edək ki, Modern.az saytının bir neçə gün bundan əvvəl “Agos” qəzetinin azərbaycanlı müxbiri Arzu Qeybullayevadan götürdüyü müsahibə böyük hay-küyə səbəb olmuşdu. Sosial şəbəkələrdə gedən müzakirələrdə  və redaksiyanın “Şərh” bölməsinə yazılan qeydlərdə A.Qeybullayeva ciddi tənqid olunmuşdu. 

Təbii ki, məsələnin şişirdilməsində yenə də ənənəvi erməni təbliğat maşınının  rolu böyükdür. Amma Modern.az olaraq A. Qeybullayevadan sadəcə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist kimi müsahibə almışıq. Özünə ünvanlanan sualları isə  o, normal qarşılamışdı.

Aqşin Kərimov 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO