Avropa Parlamenti 9 sentyabr 2015-ci ildə Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli qətnamə qəbul etdi. Səsvermə zamanı deputatların 365 nəfəri qətnamənin lehinə, 202 nəfəri əleyhinə səs verdi, 72 nəfəri isə bitərəf qaldı. Bu isə faktiki olaraq qətnaməyə etiraza dəlalət edirdi, çünki 365 AP deputatı təcili qətnamənin lehinə səs versə də, 274 deputat bu qətnaməni dəstəkləmədi. Səsvermənin nəticələri Azərbaycana münasibətdə AP deputatları arasında ciddi fikir ayrılığının olduğunu təsdiq etdi.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Azərbaycan ilə dostluq və əməkdaşlığı dəstəkləyərək qətnamənin əlehinə səs vermiş AP üzvlərinə, həmçinin anti-Azərbaycan kampaniyanı dəstəkləyərək qətnamənin lehinə səs vermiş AP üzvlərinə ayrı-ayrı olmaqla 2 məktub göndərmişdir. Məsələnin aktuallığını nəzərə alaraq hər 2 məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Hörmətli xanım Marietye Şaake (AP deputatı),
Hörmətli xanım Ulrike Lunaçek (AP deputatı),
Anti-Azərbaycan kampaniyasını dəstəkləyən AP deputatlarına
Avropa Parlamentinin hörmətli üzvlərinə
Siz bir daha və sağlam düşüncəyə zidd olaraq, qurumunuzun plenar iclası vasitəsilə Azərbaycana, Aİ-Azərbaycan əlaqələrinə, sonda, qoruduğunuzu iddia etdiyiniz Aİ vətəndaşlarının maraqlarına qarşı böhtanlı və aqressiv hücuma müvəffəq oldunuz. Reallığı danaraq, yarı-həqiqətdən, dezinformasiyadan istifadə edərək və uydurma və yalanlara istinad edərək, sənədi ittihamlarla doldurdunuz. Çox güman, ümid edirdiniz ki, bu sənəd Azərbaycanı kənarlaşdırmağa, onu inkişaf və sabitlik yolundan uzaqlaşdırmağa və Avropaya və qlobal cəmiyyətə inteqrasiyasını təhlükəyə atmağa xidmət edəcəkdir.
Sizin məyus olacağınıza heç bir şübhəmiz yoxdur. Azərbaycan özünün dinamik gəncliyi və müasir görünüşü ilə güclü və çiçəklənən bir ölkədir. Vətəndaşları azad, qanunları isə güclüdür və hökumətdən başlayaraq, hər bir kəs bu qanunlara riayət edir. Məhkəmə sistemi beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Tutduğu vəzifədən və siyasi baxışından asılı olmayaraq, istənilən vətəndaş qanun pozuntusuna görə təqsirləndirilir və sizin ölkənizdə olduğu kimi, müvafiq qaydada cəzalandırılır. Vergidən yayınanlar nə Niderland və Avstriyada, nə də Azərbaycanda siyasi məhbus hesab olunur. Əgər bizimlə bəhs etdiyiniz hər bir nüans barədə dialoq aparmağa zaman ayırsaydınız, biz sizi reallığı əks etdirən faktlarla təmin edərdik.
Davamlı olaraq haqlı yerə həbs edilmiş şəxslərin azad edilməsinə çağırış etməyin məhkəmə sisteminə müdaxilə hesab olunduğunu bildiyiniz kimi, çox güman ki, bundan da xəbərdarsınız. Siz hətta bilirsiniz ki, qətnamədə qaldırdığınız və haqqında çağırış etdiyiniz digər məsələlərin çoxu əsassızdır və tamamilə absurddur.
Görünür, həqiqət odur ki, siz Azərbaycan və onun vətəndaşları barədə çox az düşünürsünüz. Ürəyinizdə onların maraqlarını düşündüyünüzü iddia edərək, əslində Aİ ilə ölkəmiz arasında əməkdaşlıq və danışıqların kəsilməsinə vasitəçilik edirsiniz. Bu isə yalnız Avropa İttifaqında çalışmağa və əməkdaşlıq etməyə cəlb edilmiş həmin azərbaycanlılara zərər vura bilər. Siz hətta xalqımıza yalnız ziyan vuracaq sanksiyalar tələb edirsiniz! Qəti surətdə işğal altında olan digər bir dövləti, Ukraynanı müdafiə edən Siz mövcud olmayan “təzyiqlər” barədə olduqca müfəssəl danışırsınız, lakin azərbaycanlıların təzyiqə məruz qalması ilə bağlı narahatlıqlarını düzgün çatdırmırsınız.
Daha doğrusu, torpaqlarını işğal etmiş düşmən ordusu ilə birgə yaşamaq, həmvətənlilərini hər gün atəşə tutmaq, yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsinə səbəb olmaq. Qayğı göstərdiyinizi iddia edirsinizsə, bir dəfə belə 23 ildən artıqdır bizdən əl çəkməyən bu böhranla bağlı nə isə etmisinizmi?
Sizin etmək istədiyiniz yalnız ittiham, ittiham və hələ keçirilməmiş seçkilərlə bağlı ittihamlar səsləndirdiyiniz qeyri-müvafiq sənəd layihələri qəbul etməkdir. Bu davranışınız ölkəmizə qarşı kor-koranə strategiyanızı vurğulamağa xidmət edir. Bu, təəssüf doğurur, lakin sonda çox az əhəmiyyət kəsb edəcəkdir. Avropa və Azərbaycanın gələcəyinin bir olmasının səbəb və reallığını bilən çoxsaylı Avropalı siyasətçilər də çoxdur!
Hörmətlə,
Elxan Süleymanov
Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri