“Hələ ki heç nə ilə məşğul olmuram. Çox şeylər haqqında fikirləşirəm, amma ortada heç nə yoxdur”. Bunu Modern.az-a hazırkı fəaliyyətindən danışan jurnalist Elçin Şıxlı deyib.
E. Şıxlı jurnalistikadan kənara çox çıxa bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, 1990-cı ilin avqustunda yaradılan “Ayna/Zerkalo” qəzetləri 2014-cü ilin may ayının əvvəlində dövriliyini azaldıb. Daha sonrasa baş redaktor E.Şıxlı qəzetlərin bağlanması haqda qərar çıxarılıb.
Hazırda “Ayna/Zerkalo” qəzetlərinin keçmiş əməkdaşı Rauf Mirqədirov həbsdədir. Qəzetin bağlanmasının bir səbəbi də bu həbslə bağlıdır…