ANSPress Nəşriyyat Evinin mətbu orqanı olan “EL” jurnalının 100-cü sayı çapa hazırlanır. Yubiley buraxılışı barədə danışan “EL”in şef-redaktoru Südabə Sərvi bildirib ki, 100-cü sayda hansı yazıların olacağını qabaqcadan söyləmək istəmir.
”Bircə onu deyə bilərəm ki, Azərbaycanın ən qaymaq şəxsiyyətlərindən maraqlı materiallarımız olacaq”-deyə şef-redaktor bildirib.
ANSpress-ə müsahibəsində S.Sərvi deyib ki, “EL” sanballı sözü oxucuya çatdıran bir dərgidir, jurnalın əsas oxucuları ziyalılardır:
““EL”i hazırlamaq çox məsuliyyətli işdir. Hər zaman çalışırıq ki, “EL” dərgisinin adını-sanını qoruyub saxlayaq”.
Modern.az