Azərbaycanın inkişafında internetin çox böyük bir rolu var. Son illərdə bir neçə internet proekti olub. İndi isə qrand proqramı Türkiyə tərəfindən maliyələşir və əvvəlki internet layihələrin davamı olaraq həyata keçirilir.
SalamNews xəbər verir ki, bu sözləri İnternet mediaları üzrə ekspert Yaşar Hacıyev «İnternet mediasının inkişafı» mövzusunda “dəyirmi masada” çıxışı zamanı deyib. Onun sözlərinə görə, birinci lahiyədə olan məqsədlər, istiqamətlər indiki lahiyənin prisnsipləri ilə tam uyğundur. Layihə çərçivəsində nəzərdə tutulub ki, Azərbaycanda İnternet mediasının inkişafı yolları araşdırılsın.
O bildirib ki, Azərbaycan son illərdə çox böyük sıçrayış edib. Əvvəlki illərlə müqayisədə internetin sürətinin artıb, izləyicilərin sayı çoxalıb. Bizdə istəyirik ki, internetin qiyməti ucuzlaşsın. Nəticədə oxucuların sayı artsın. Ümumiyyətlə, dünya informasiya bazasında İnternet mediaları 45 faiz rol oynayır. Bütün dünyada məlumat məkanı kimi televiziyaların nəticələri çox aşağı səviyyəyə gəlib çıxıb. Yəni cəmi 6 faiz televiziyalar rol oynayır.