Dövlət sirrini yayan jurnalistlərə ciddi cəza tətbiq edilməlidir

Cəbhə xəttində bu ayın əvvəllərində baş verən hadisələr zamanı bəzi mətbuat orqanlarının hərbi məlumatları səriştəsiz halda yaymaları cəmiyyətdə və hakimiyyət dairələrində birmənalı qarşılanmayıb.

SalamNews xəbər verir ki, hazırda Milli Məclisdə dövlət və hərbi sirlərin qorunmasını özündə ehtiva edən, həmçinin hərbi sirləri yayan mətbuat orqanlarına qarşı ciddi caza nəzərdə tutan qanun layihəsi hazırlanır.

Bu səbəbdən SalamNews İA media nümayəndələrinə və ekspertlərə bir neçə sualla müraciət edib:

“Milli Məclisdə hərbi sirlərin qorunması ilə bağlı qanunun hazırlanması və qəbulu konstitusiyaya və beynəlxalq qanunlara nə dərəcədə uyuyğundur”?

“Hazırlanacaq qanun söz və media hüquqlarının baxımından necə yozulmalıdır”?

Sorğuya cavablar birmənalı olaraq göstərib ki, jurnalistlərin böyük hissəsi bu qanunun qəbul olunmasının tərəfdarıdır.

Xeberim.az saytının baş redaktoru Məzahir Heydərli, qanunun qəbul olunması ilə bağlı qərarın vaxtında verildiyini deyib: “Bu çox işlək bir qanun olar. Çünki bəzi saytlar öz piar mənafeləri üzündən yalan məlumatlar yazırdı. Həmin jurnalistlərə ciddi cəzalar tətbiq edilməlidir.”

“Azad Azərbaycan” telekanalının müxbiri İlahə Əlizadə də qanunun qəbul olunmasına tərəfdar olduğunu deyib: “Söz azadlığı o demək deyil ki, özbaşınalıq edilsin, yalan məlumatlar yazılsın.Düşünürəm ki, belə xəbərdarlıqlar və cəzalar tətbib olumalıdır.”

“Türkdilli Gənclər” qəzetinin baş redaktoru İlkin Şərifov isə bu qanun layihəsinin əsl jurnalist fəaliyyətinə dəstək olacağını diqqətə çatdırıb.

Media eksperti Vüqar Abbasovun fikrincə, jurnalistlər bəzi sahələrdən yazan zaman diqqətli olmalıdırlar: “Hərbi sahə bu sırada öndə gedir. Təsəvvür edin ki, bir jurnalist hardansa məlumat alır və hansısa hərbi hissənin adını, yerləşdiyi yeri dəqiqliyi ilə mətbuata verir. Bunun nə demək olduğunu hər kəs bilir. Sadəcə olaraq onlar saytlarına daxil olanların sayını daha vacib hesab edirlər. Odur ki, məncə belə bir qanun hazırlanmalı və ciddi əməl edilməlidir.

– See more at: http://salamnews.org/az/news/read/140047#sthash.yj4Ohlhd.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO