Dövlət Komitəsindən dini ədəbiyyatla bağlı AÇIQLAMA

“Qanunsuz dini ədəbiyyat nümunələrinin aşkarlanması halları hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı həyata keçirilir. Bu əməliyyatlar ölkəmizin təhlükəsizliyi baxımından önəmlidir”. 


Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirib. Onun sözlərinə görə, aşkarlanan ədəbiyyatlar və digər vasitələrə dövlət komitəsində müvafiq ekspertizadan keçirildikdən sonra bu barədə rəy verilir. 

“Həmin kitablarda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər, dini tolerantlıq mühitinə xələl gətirən, milli, dini, irqi ayrı-seçkilik, həmçinin milli, dini sosial nifrət və düşmənçilik, milli ləyaqətin alçaldılmasına yol aça biləcək fikirlər aşkarlanmadıqda bu kitabların ölkə ərazində yayılmasına heç bir məhdudiyyət qoyulmur”, – deyə O. Əli əlavə edib

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO