Rus dili artıq dünyada ən çox öyrənilən üçüncü dildir. Modern.az xəbər verir ki, bu haqda Sankt-Peterburq təşkil olunan Dünya Soydaşlar Konqresində Sankt-Peterburq Universitetin rektoru Lyudmila Verbitskaya məlumat verib. O bildirib ki, artıq dünyada yarım milyard insan rus dilini bilir.
Rus dili Çin və ingilis dilindən sonra dünyada ən çox işlənən dillər arasında üçüncü yerdədir. Dünyanın təxminən 100 ölkəsində insanlar rus dilini öyrənirlər.