Mətbu KİV-in naşirləri, İnternetdə tirajların və reklamdan əldə edilən gəlirin azalmasını saytların köməyi ilə kompensasiya etməyin çətinliyi ilə üzləşdilər. Nəticədə, əvvəllər İnternetdə məhdudiyyətlərin əleyhinə çıxış edən nəşrlərin çoxu materiallarına girişi bağladılar. Pullu bölmələrə məqalələrin yalnız bir hissəsinin, bir qayda olaraq, ən maraqlılarının yerləşdirilməsi təcrübəsi xüsusilə geniş yayılmışdır. Radiostansiyaların İnterneti fəth etməsi, onlara ciddi qazanc gətirmədi. Bu da yalnız texniki çətinliklərlə izah edilmir.
Problem həm də ondan ibarətdir ki, şəbəkənin fəth edilməsindən əldə edilən iqtisadi mənfəət o qədər də gözə görünən olmadı. Son zamanlar Amerikada geniş yayılmış peyk yayımı daha perspektivdir.
Peyk yayımçıları aparıcıları cəlb etmək fikrindədirlər, lakin ekspertlər alınmış məhşur adamların pulsuz KİV-lə əməkdaşlığı davam etdirmələri hallarına müsbət baxmırlar.
Əgər jurnalistlər pullu radioya böyük pul üçün gedirlərsə, pullu kabel telekanalarına aparıcılar pulsuz efir yayımçılarının imkanlarından ümidlərini kəsərək gəlirlər.
Beynəlxalq nəqlin kommersiyalaşdırılmasından danışarkən, Worldwide BBC-nin strategiya və yeni texnologiyalar üzrə direktoru Devid Mudi əminliyini bildirir ki, belə dəyişiklik hal-hazırda – bazarda çoxsaylı qlobal yayımçıların fəaliyyət göstərdiyi dövrdə daha çox tələbat olan proqram məhsulunun keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradacaq. Lakin Guardian bildirir ki, BBC-nin yeni təşəbbüsü haqqında, rəqabət üzrə Avropa komissiyasının, ictimai yayımçıların yeni texnologiyalardan istifadəsinə dair məruzəsi açıqlanmasından iki gün sonra məlum olmuşdur. Məruzədə xüsusi vurğulanır ki, belə şirkətlərin fəaliyyəti İnternetdə normal rəqabətə mane olmamalıdır. Avropa məmurları bu normanı KİV-in fəaliyyətini tənzimləyən Ümumavropa qanunlarına da daxil edəcəklərini vəd edirlər.
Ödənişsiz jurnalistika nüfuzunu itirməyə başlayır və ona görə də, nə jurnalistləri, nə KİV-i və nə də bazarı tənzim edənləri qane etmir. Belə nəticənin qanunauyğunluğu haqqında çox danışmaq olar. Hər halda, təəssüf ki, «kim pul verir, o da musiqi sifariş edir» prinsipi İnternet üçün də aktual olmağa başlayır.
Andrey Lomkin