DİN: “Bakıda xarici jurnalistləri döyənlərin 2-si tutulub, 2-si də axtarılır “

Xəbər verildiyi kimi, iyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Deviesin və ABŞ vətəndaşı Amanda Eriksonun döyülmələri barədə Yasamal Rayon Polis İdarəsinə məlumat daxil olmuşdu. Bu məlumat əsasında idarənin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdı.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxslərdən ikisi – Bakının Ramana qəsəbəsinin sakini, 1993-cü il təvəllüdlü Adil Hüseyn oğlu Tağızadə və Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Roman Musa oğlu Həsənov həbs olunub.
Cinayətin adları istintaqa məlum olan digər iki iştirakçısının da tapılıb tutulması və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir.

“Bu istiqamətdə görülən işlər Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətindədir”-deyə DİN bəyan edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO