Azərbyacanda diaspor mövzusunda yazan jurnalistləri bir yerə toplayacaq yeni təşkilat yaradılıb. Diaspor Jurnalistləri Birliyi adlanan qurumda ölkənin müxtəlif qəzet və portallarında fəaliyyət göstərən mətbuat nümayəndələri təmsil olunurlar.
Təşkilatın mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, diaspor mövzusundan yazan bir qrup jurnalist 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü DJB-ını yaratmaq qərarına gəliblər. DJB-ın məqsədi ölkə mediasının diaspor mövzusuna diqqətini artırmaq, xaricdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurmaq, onların fəaliyyətini cəmiyyətə çatdırmaqdır.
Bundan başqa, təşkilat xarici ölkələrin nüfuzlu KİV-lərində çalışan jurnalistlərlə əlaqələr qurmaq, bu yolla Azərbaycan həqiqətlərinin ayrı-ayrı ölkələrin KİV-lərində yayılmasına nail olmaq istiqamətində də fəaliyyət göstərəcək. Təşkilatın öz planalarını daha aktiv həyata keçirməsi üçün ən qısa zamanda xarici ölkələrdə özəklərinin yaradılması nəzərdə tutulub. Birliyin təşkilati və hüquqi proseduraları başa çatdıqdan sonra onun cəmiyyətə təqdimatı olacaq.
– See more at: http://salamnews.org/az/news/read/109306#sthash.hn4o0vgB.dpuf