Deputatın kitabının təqdimatı keçirildi

Bu gün Dövlət Sosial Müdafiə Fondunda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin “Azərbaycan Respublikasının sosial müdafiə sistemi” adlı kitabının təqdimatı olub. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri, digər millət vəkilləri , Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov da iştirak edib.
Tədimatı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov edib. O, əvvəlcə kitab haqqında fikirlərini bildirib. Daha sonra millət vəkilləri də kitab haqqında öz rəylərini açıqlayıblar.
Bu gün Dövlət Sosial Müdafiə Fondunda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin “Azərbaycan Respublikasının sosial müdafiə sistemi” adlı kitabının təqdimatı olub. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri, digər millət vəkilləri , Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov da iştirak edib. Tədimatı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov edib. O, əvvəlcə kitab haqqında fikirlərini bildirib. Daha sonra millət vəkilləri də kitab haqqında öz rəylərini açıqlayıblar.

Millət vəkili Musa Quliyev deyib ki, bu, böyük nailiyyətdir ki, Azərbaycanın sosial müdafiə sahəsindəki uğurlardan danışılır. “Bu onu sübut edir ki, artıq Azərbaycan sosial müdafiə sistemi bir model olaraq, dünya ölkələrində qəbul olunub və tətbiq edilməkdədir. Bu kitabın ərsəyə gəlməsi də məhz həmin proseslərin nəticəsidir. Burada Sosial Müdafiə Fondu və Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən bir çox ölkələrin təcrübəsi öyrənilib və sistemləşdirilərək, bu kitabda toplanıb. Biz bu kitabdan uzun müddət danışacağıq. Çünki kitab dərs vəasiti kimi nəzərdə tutulub. Bu, yalnız tələbələrə, magistrlərə deyil, həm də sosial siyasət sahəsi ilə məşğul olan hər kəsə aiddir. Mən çox istərdim ki, bu kitab böyük tirajla çap olunaraq, bütün sosial müdafiə sistemində işləyən hər kəsə çatsın. Mən deyərdim ki, bu, sosial müdafiənin ensiklopediyasıdır”.

Sonra millət vəkili Hadı Rəcəbli öz fikirlərini bildirib: “Bütün dünyada, sosial siyasət sahəsində islahat aparmaq qədər ikinci çətin bir iş yoxdur. Sosial sahədə aztəminatlı insanlarla sosial islahatın aparılması olduqca çətin məsələdir. Azərbaycanın modern dövlət quruculuğu siyasətində Dövlət Sosial Müdafiə Fondunun həmin islahat baxımından çox böyük əhəmiyyəti var. Biz çox ciddi mövzu ortaya qoymuşuq. Mövzu “Nəzəriyyə və reallıqlar, dünya təcrübəsi və perspektivlər” adlanır. Xatırlamaq istəyirəm ki, prezident Yevlaxda olanda bildirmişdi ki, dünya təcrübəsini öyrənək, ondan yararlanaq, amma indi Azərbaycanda xeyli dünya təcrübəsi var, artıq Azərbaycan bir örnəkdir. Mənim əlimdə Sosial Müdafiə Fondunun 2008-ci ildən indiyə kimi olan bütün büdcələri toplanıb. Biz bunu Milli Məclidə müzakirə edəcəyik. Mənim əlimdə olan materialların təhlili göstərir ki, Dövlət Sosial Müdafiə Fondunda inqilabi dəyişikliklər olub. Bu gün Azərbaycanda elə bir sistem qurulub ki, hər kəs öz pensiyasını hesablaya bilir. Belə parlament və icra strukturu əməkdaşlığı birinci dəfədir ki, Azərbaycanda həyata keçirilir”-deyə millət vəkili bildirib.

Kitab haqqında millət vəkilləri Ziyad Səmədzadə, Elmira Axundova, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Bakı dövlət Universitetinin bir sıra professorları fikirlərini bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO