Dağıstan məhkəməsi “Çernovik ” qəzetinin bağlanması haqqında iddiaya baxacaq

Rusiya Nəzarət Komitəsinin Dağıstan İdarəsi Dağıstanın Ali Məhkəməsinə “Çernovik” qəzetinin bağlanması tələbi ilə iddia irəli sürüb. Bu barədə qeyri-müəyyən mənbəyə əsasən Qazeta. Ru xəbər verir.

Rusiya Nəzarət Komitəsi iki dəfə – 2008-ci ilin iyulunda və 2009-cu ilin aprelində “Çernovik” qəzetinə ekstremist yönümlü materialların çapını dayandırmaq barədə xəbərdarlıq edib.

İş barədə ilkin məhkəmə prosesi iyunun 18-də Dağıstan Ali Məhkəməsində keçiriləcək.

2009-cu ilin fevralında qəzetin baş redaktoru Nadirə İsayevaya millətlərarası ədavəti qızışdırma maddəsi ilə ittiham irəli sürülmüşdü. Baş redaktora qarşı cinayət işi 2008-ci ilin yayında – qəzetdə “Bir nömrəli terrorçular” adlı məqalənin çap olunmasından sonra başlanmışdı. “Reqnum” agentliyinin məlumatına görə, qəzetin bir neçə müxbiri, hüquqşünası və təsisçisi də cinayət məsuluiyyətinə cəlb edilmişdi.

Qəzetin adları çəkilməyən müxbirləri jurnalistlərlə söhbətində bildirmişdilər ki, sonda Nadirə İsayeva şərti cəza alacaq, “Çernovik”i isə bağlayacaqlar.

Haqqında iddia irəli sürülənədək “Çernovik” qəzeti Dağıstanda çoxtirajlı qəzetlərin siyahısında ikinci yeri tuturdu.

www.qazeta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO