Con Kerri: ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu dəstəkləyir

ABŞ Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu ciddi şəkildə dəstəkləyir. Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların dövlət katibi Con Kerri Azərbaycan xalqına 28 May – Respublika Günü münasibətilə təbrikində qeyd edib.

Dövlət katibi vurğulayıb ki, Azərbaycan xalqı 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdı: “Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi elan etdiyinizdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir”.

C.Kerri həmçinin Vaşinqtonun və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası vasitəsilə regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlığını qeyd edib.

O əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO