AzərTAc xəbər verir ki, Amerikanın CNN telekanalı “İpək Yolunun bərpası” adlı reportaj hazırlayıb. Bu reportajda Azərbaycanın nəqliyyat infrastrukturu barədə informasiya təqdim edilir, onun Şərq və Qərb, həmçinin Şimal və Cənub arasında tranzit ölkə kimi mühüm rolu qeyd edilir.
Reportajda vurğulanır ki, Azərbaycan vaxtilə Böyük İpək Yolunun keçdiyi regionda yerləşir. Sivilizasiyaların qovuşduğu məkanda yerləşən bu ölkə ta qədim vaxtlardan bu günə qədər nəqliyyat kommunikasiyalarında ən mühüm əlaqələndirici rol oynayır.
Süjetdə nəqliyyat infrastrukturunun inkişafına Azərbaycanda böyük əhəmiyyət verilməsi və bunun sayəsində malların ölkə boyu maneəsiz hərəkət etməsi vurğulanır.