Çinin “Qlobal tayms” qəzetinin baş redaktoru BDU-də olub

Çində nəşr olunan “Qlobal tayms” qəzetinin baş redaktoru Hu Xijin və müavini Huang Lei Bakı Dövlət Universitetində olublar.

BDU-dan SalamNews-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonaqlara universitet barədə məlumat verib, onun beynəlxalq əlaqələrindən bəhs edib. Görüş zamanı Çin Xalq Respublikası universitetləri ilə qurulmuş əlaqələrdən, BDU-da çin dilinin və mədəniyyətinin tədrisinin yüksək səviyyədə aparılması, bu sahədə mütəxəssilərin yetişdirilməsi, tələbə-müəllim mübadiləsi kimi məsələlərdən danışılıb.

Qonaqlar universitetdə olmalarından məmnunluqlarını ifadə ediblər.

Baş redaktoru olduğu qəzet barədə məlumat verən Hu Xijin bildirib ki, ingilisdilli qəzet “Qlobal tayms” 2009-cu ildən nəşr olunur. Çində ən çox oxunan qəzet “Qlobal tayms” həm də Çin top universitetlərində tədris vəsaiti kimi də istifadə edilir. Qonaqlar universitetlə, o cümlədən BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutuna baş çəkiblər.

– See more at: http://salamnews.org/az/news/read/123276#sthash.0tyqtlx7.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO