Modern.az xəbər verir ki, “Qanun” nəşriyyatında aparılan vergi yoxlamaları ilə bağlı vəziyyət Yazıçılar Birliyində müzakirə ediləcək. Bunu nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu bildirib:
“Yazıçı Çingiz Abdullayev zəng etmişdi. Razılaşdıq ki, “Qanun”la bağlı hadisələri müzakirə etmək üçün cümə günü saat 14:00-da Yazıçılar Birliyində yazıçı, redaktor, tərcüməçilərlə toplantı keçirək”.