Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları kimi böyük tədbirlər ölkəni və onun imkanlarını beynəlxalq ictimiayyətə təqdim etmək üçün böyük şans yaradır. Trend-in məlumatına görə, bunu Çexiya Respublikasının Prezidenti Miloş Zeman Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.
Bu baxımdan M.Zeman Birinci Avropa Oyunlarının Azərbaycanın beynəlxalq aləmdə inkişafı üçün böyük imkan yaradacağını hesab edir.
Çexiya Prezidenti Birinci Avropa Oyunlarında iştirak edəcək idmançılara və bu Oyunların təşkilatçılarına uğurlar arzu edib. Dövlət başçısı Çexiya idmançılarının bu Oyunlarda çoxlu sayda medallar qazanacağına ümid etdiyini bildirib.