CASCFEN-in saytı artıq azərbaycan dilində

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) bir ay öncə ingilis dilində yenidən istifadəyə verilən www.cascfen.net domen ünvanlı İnternet saytı artıq Azərbaycan dilində də fəaliyyətə başlayıb.

Təşkilatdan 525.az-a verilən məlumata görə, sayt üzərində bir müddət öncə başlamış işlər başa çatmaq üzrədir və demək olar ki, gündəlik Azərbaycan dilində də xəbərlər yayımlanır.

CASCFEN sədri Azər Həsrətin bununla bağlı açıqlamasında bildirilir ki, Azərbaycanda və bütövlükdə region ölkələrində söz və ifadə azadlığı məsələləri ilə məşğul olan bir təşkilat kimi başçılıq etdiyi qurum Azərbaycanlı istifadəçiləri beynəlxalq qurumların təklif etdiyi imkanlarla da tanış etməyə çalışır. “Artıq bizim saytımızdan həm də Azərbaycan dilində beynəlxalq jurnalist və insan haqları qurumlarının jurnalistlər, QHT fəalları və maraqlanan hər kəs üçün təklif etdiyi proqramlar, layihələr, təqaüdlər haqqında bilgi almaq mümkün olacaq. Biz bu yolla Azərbaycandan olan fəalların beynəlxalq səhnəyə çıxışını asanlaşdırmaq istəyirik”, – deyə Azər Həsrət bildirib.

CASCFEN-dən onu da bildiriblər ki, saytda Azərbaycan QHT-ləri təcrübəsində ilk dəfə olaraq qurumun bütün üzvlərinin siyahısı da yerləşdirilib: “Biz bu yolla cəmiyyətə daha şəffaf olduğumuzu, kimlərlə eyni sırada addımladığımızı göstərmək istəyirik”.

Onu da əlavə edək ki, CASCFEN öz sıralarında fərqli siyasi cinahlara aid üzvləri birləşdirən nadir təşkilatlardan biridir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO