Camal Zeynaloğlunun “Tanrı cəzası ” kitabı çapdan çıxıb

Camal Zeynaloğlunun “Tanrı cəzası” kitabı “Səda” nəşriyyatında çapdan çıxıb. Müəllifin sayca beşinci olan bu kitabı beş povest, on bir hekayə və bir elegiyadan ibarətdir.

Kitabın redaktoru Xeyrulla Balaxanlı, rəssamı Fikrət Əlioğludur.

“Tanrı cəzası” povestində kasıb, lakin xoşbəxt bir ailənin başına gələn müsibətlərdən bəhs olunur. Kitabda daha sonra “Həsrətin sonu”, “Qaniçənlər”, “Acı tale” və “Məni qınamayın” povestləri, “İnam”, “Dua”, “Qul” bazarında”, “Ölüm doğmalığı”, “Son görüş”, “Ayrılıq”, “Ləyaqət”, “Güllü yorğan”, “Ölümə döğru”, “İlanbalığı” hekayələri təqdim edilib.

“Tanrı cəzası”na qədər Camal Zeynaloğlu oxucuların görüşünə “Uğursuz nikah”(1998), “Məni qınamayın”(1998), “Qanlı fevral gecəsi”(1999) və “Ölümlə üz-üzə”(2000) kitabları ilə gəlib.

“Tanrı cəzası”nı Bakının kitab mağazalarından əldə etmək mümkündür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO