Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə “Azərbaycanın Afrika Dostları” qeyri-hökumət təşkilatı tərəfindən təşkilatın internet səhifəsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı “Azərbaycanlıların 20 Yanvar faciəsi Cənubi Afrikalıların qəlbində” başlıqlı məqalə dərc edilib.
Səfirlikdən SalamNews-a verilən məlumata görə, məqalədə 20 Yanvar faciəsinin tarixi və baş vermə səbəbləri aydın şəkildə təqdim edilib. Həmçinin məqalədə 20 Yanvar hadisələrinin aparteid zamanı CAR-da baş vermiş bir neçə oxşar faciələrlə müqayisə edərək ölkələrimizin müstəqilliyə gedən yolunun oxşar olduğunu oxucuların nəzərinə çatdırıb.
– See more at: http://salamnews.org/az/news/read/110573#sthash.VTGipSFq.dpuf