“Artıq qəzetlərin borcu ildən –ilə saxlanımır”. Bu sözləri “Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova bu qurumun mətbəəsində çap olunan qəzetlərin borcları barədə Modern.az-a danışarkən deyib. Onun sözlərinə görə, qəzetlərin nəşriyyata borcu olsa da, vaxtaşırı ödəyirlər.
“Borcu olan qəzetlərin məsələsi üzərində işləyirik və onların ilin sonuna kimi borcları qalmır. Yəni borclar ildən – ilə saxlanmır”-deyə direktor müavini vurğulayıb.
Bəsti İsmayılova borclu qəzetlərin adlarını və onların borclarını miqdarını açıqlamaqdan imtina edib.
Modern.az