“British Council” biznes jurnalistika sahəsində təlim proqramı reallaşdırır

“British Council” “Paşa Bank”ın tərəfdaşlığı və Thomson Fondunun təşkilati dəstəyi ilə biznes jurnalistika sahəsində təlim proqramının davamını elan edir.

SalamNews-un məlumatına görə, layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata professional bilik və səriştənin artırılmasında kömək göstərməkdir. İştirakçılara Bakıda və 2013-cü ildə Böyük Britaniyanın London və Kardif şəhərlərində təlimlər keçiriləcək. Layihədə paytaxtda və regionlarda fəaliyyət göstərən media nümayəndələri iştirak edə bilərlər.

İştirakçıların jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi olmalı, ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli, bütün təlim kurslarında iştirak etməlidir.
Marağı olan şəxslər ərizə formasını “British Council”in internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər. Doldurulmuş ərizə formasını, CV ilə birgə iyunun 29-dan gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidirlər.

Paylaş

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO