“Böyüməyən uşaqlar ” kitabının müəllifinə təbrik əvəzi

Adətdir, qələm dostları hansısa yaradıcılıq uğuruna, yeni çapdan çıxmış kitabına görə azından bir telefon zəngi ilə bir-birini təbrik edir, xoş sözlər söyləyirlər. Doğrusu, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern.az” xəbər portalının Baş redaktoru Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı barədə məlumat aldıqdan sonra mən də bu fikrə düşdüm, amma kitabın mövzusu, nəşrdə söhbət açılan məqamların ağırdan-ağır məna yükü niyyətimi reallaşdırmağa, hansısa bir xoş sözü tapmağıma, ifadə etməyimə əzabverici bir tam qatmışdı. Ha əlləşirdim, özümü toplamağa çalışırdımsa əlim telefon dəstəyinə yetmirdi. Yaxşı ki, Elşad müəllim yeni kitabından mənə də göndərdi və bu sətirləri qaralamağıma rəvac verdi.

Elşad, qardaş, Vallah köksündə özün boyda ürək gəzdirdiyini bilirdim, amma bunca böyükdən-böyük olduğunu məhz bu addımınla açıqcasına dərk etdim. O böyüməyən, 92-ci ilin qarlı-şaxtalı fevral günündə donub uşaqlığında qalan hər iki valideynini itirmiş 25 Xocalı sakininin ürəyində həyat eşqini alovlandırmaq missiyasını əla yerinə yetirmisən. Qəlbisınıq, yetimçiliyin ab-havasını ölüncə simasında, qəlbində gəzdirməyə məhkum insanların tale yolunu, düşüncə və arzularını, həyat eşqini bu səviyyədə əbədiləşdirdiyin, böyük-böyük insanların bu böyüməyən uşaqlara münasibətini əsl insanlıq səviyyəsində yönləndirməyi bacardığına görə sənə Böyük İnsan ömrü, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO