Oktyabrın 25-də “Əli və Nino” kitab mağazalar şəbəkəsinin təşkilatçılığı ilə “Book Club” adlı yeni layihənin təqdimatı reallaşacaq. Layihənin məqsədi gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, habelə onları kitab oxumağa həvəsləndirməkdir. Layihəyə 120 gəncin cəlb edilməsi nəzərdə tutulub. Təqdimat mərasimində yeni layihənin məqsədi, məramı və həyata keçirilmə yolları haqqında ətraflı məlumat veriləcək.