BMT Baş Assambleyası təqaüd proqramı təsis edib

BMT Baş Assambleyası 2003-cü ildə Bağdadda vəzifə borclarını yerinə yetirərkən partlayışda həlak olan BMT işçisini yad etmək məqsədilə “Reham Al-Farranın xatirəsinə həsr edilmiş jurnalistlər üçün təqaüd proqramı”nı təsis etmək barədə qərar qəbul edib.

SalamNews xəbər verir ki, təqaüd proqramında 22-35 yaş arası jurnalistlər, konkret media qurumunda bir neçə il fəaliyyət göstərən və ingilis dilini mükəmməl bilən qələm sahibləri iştirak edə bilərlər.

Göstərilən tələblərə uyğun gələn və proqramda iştirak etməyə maraqlı olan jurnalistlər doldurulmuş müraciət formasını, yazdıqları üç məqalə (və ya məqaləyə keçidi), pasportlarının və diplomlarının nüsxəsini və iş yerindən məktubun skan edilmiş variantını aprelin 25-nə kimi journalists.fellowship@un-az.org ünvanına göndərilməlidirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO