“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin apardığı tədqiqatlara görə, ölkə bələdiyyələrinin 2010-cu ildə büdcə gəlirləri daha 35 % azalıb. Belə ki, 2009 cu ildə 2755 bələdiyyə ay ərzində 807 manat qazana bilirdisə, hazırda bu rəqəm orta hesabla 500 manata bərabərdir. Bu gün 72% bələdiyyənin əməkhaqqı borcu yaranıb. Əməkhaqqının vaxtlı-vaxtında verilməməsi və onun orta respublika göstəricisindən aşağı olması səbəbindən bələdiyyə qulluqçularının sayı da 18% aşagı düşüb. İctimai birliyin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, hazırda birləşdirmədən sonra fəaliyyətdə olan 1718 bələdiyyə sədrinin orta aylıq əməkhaqqı 150 manatı keçmir. Bu rəqəm Bakı, Abşeron və Sumqayıt ərazisində formalaşan bələdiyyələrdə 2,5-3 dəfə artıqdır.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi cari ilin fevralında Ədliyyə Nazirliyində dövlət qeydiyatından keçib. İctimai birliyin əsas məqsədi Azərbacan bələdiyyə sisteminin inkişaf istiqamələrinin müəyyən edilməsi və problemlərin aşkar edilməsi ilə bağlı tədqiqatlar aparmaqla sistemin irəliləyişinə nail olmaqdır.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi