Bizim sualı Multimedia və İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz cavablandırır:

– Osman müəllim, dünən “Azərbaycanda internet medianın tənzimlənməsi” mövzusunda konfrans keçirilib. Ümumiyyətlə, Azərbaycanda internet media necə tənzimlənməlidir?

– Hesab edirəm ki, Azərbaycanın internet mediası hələlik formalaşma dövrünü keçirir. İnternet medianın inkişafına həm cəmiyyət, həm də hökumət tərəfindən daha ciddi diqqət yetirməyə ehtiyac var, nəinki onun tənzimlənməsinə. Yəni, internet-media ilə hökumət arasında, istifadəçilər arasında elə bir konfliktli situasiya yoxdur ki, bu məsələ aktual olsun. İkincisi, barmaqla sayıla biləcək internet media var. İnternet medianın yayımlandığı mühitin özü ciddi problem altındadır. İstənilən halda, biz bu müzakirələri faydalı hesab edirik ki, hökumətin və cəmiyyətin diqqəti buna yönəlir, yəni bu kontekstdə müzakirə faydalıdır və düzgündür. O ki qaldi, dünənki konfransa, orada məntiqi olaraq müzakirələr daha çox Azərbaycan internetinin probleminə yönəldi, nəinki internet-medianın tənzimlənməsinə. İnternet medianın inkişafına mane olan əsas amilin elə internetin özü olması fikirlərinə istiqamət yönəldi. Düşünürük ki, bu məsələnin həll olunması daha faydalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO