Bizim sualı milaz. info müstəqil hərbi saytın baş redaktoru Cəsur Sümərinli cavablandırır:

– Cəsur müəllim, iyunun 10-26-da Azərbaycanda NATO həftəsi başlayır. Sizcə, Azərbaycan mediasının bu tədbirlərə marağı hansı dərəcədə olacaq?

– Bu həftə NATO ilə bağlı xeyli mövzular var. Həm enerji təhlükəsizliyi məsələsi, həm silahlı qüvvələrdə islahatlar. Bu barədə hər mövzu Azərbaycan ictimaiyyəti üçün maraqlı hesab olunur, sadəcə jurnalistlərin bu tədbirlərdə iştirak edib – etməməsi maraqlıdır. Yəni, jurnalistlərin bu məsələ ilə bağlı məlumatları nə qədərdir, onların səbri çatacaqmı belə tədbirlərdə axıra qədər əyləşsinlər və cəmiyyəti bu barədə kifayət qədər məlumatlandırsınlar. Fikrimcə, problem bundan ibarətdir, çünki bir çox mətbu orqanlar Azərbaycan – NATO münasibətlərindən söz düşəndə dərhal NATO nümayəndələrinə ünvanladıqları sual bu olur ki, “Azərbaycan NATO-ya üzv olacaqmı?”. Qarşı tərəfdən “hə” və ya “yox” cavabı almaqla jurnalistlər öz işlərini bitmiş hesab edirlər. Hesab edirəm ki, bu Azərbaycan – NATO münasibətlərində gələcəyə aid olan məsələdir. Bu gün isə bu münasibətlərə aid maraq doğuran xeyli məsələ var. Bildiyiniz kimi, Azərbaycan NATO ilə bir sıra proqramlarda əməkdaşlıq edir, xüsusilə, fərdi tərəfdaşlıq üzrə əməliyyat planı çərçivəsində müxtəlif istiqamətlərdə, həmçinin, siyasi, iqtisadi, hərbi istiqamətdə əməkdaşlıq edir. Bu məsələdə də cəmiyyət üçün xeyli maraqlı məqamlar var. Həm ordunun transformasiya prosesi, həm enerji təhlükəsizliyi məsələsi və s. Cəmiyyətin NATO ilə əməkdaşlıqdan gözlədiyi çox böyük şeylər var, sadəcə, onları cəmiyyətin qəbul edə biləcəyi formada cəmiyyətə çatdırmaq bilavasitə jurnalistlərin öhdəsinə düşür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO